🔒 Məxfilik Siyasəti
Bu Məxfilik Siyasəti "Metanoia" MMC tərəfindən idarə olunan Jumma mobil tətbiqinə (bundan sonra — "Tətbiq") dair şəxsi məlumatların toplanması, emalı, qorunması və istifadəsi qaydalarını tənzimləyir. Tətbiqdən istifadə etməklə Siz bu Siyasətin şərtlərini qəbul etmiş sayılırsınız.
1. Ümumi Müddəalar
- Bu Siyasət Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, xüsusən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa, "Elektron ticarət haqqında" Qanuna, habelə App Store və Google Play Store-un tətbiq olunan qaydalarına uyğun olaraq hazırlanmışdır.
- "Metanoia" MMC məlumatların təhlükəsizliyinin təmin edilməsini əsas prioritet hesab edir və şəxsi məlumatların qanunsuz emalının qarşısını almaq üçün bütün zəruri texniki və təşkilati tədbirləri həyata keçirir.
2. Toplanan Məlumatların Kateqoriyaları
Tətbiqdən istifadə zamanı aşağıdakı məlumatlar toplanır:
- 2.1. İdentifikasiya məlumatları: Ad, soyad , Mobil nömrə , E-poçt ünvanı , Qeydiyyat üçün tələb olunan əlavə məlumatlar , Şifrə (tam şifrələnmiş formatda saxlanılır).
- 2.2. Texniki və analitik məlumatlar: IP ünvanı , Cihaz modeli, əməliyyat sistemi və versiyası , Sessiya müddəti və istifadə davranışına dair analitik məlumatlar , Bildiriş icazələrinin statusu.
- 2.3. Əməliyyat məlumatları: Halal məhsullar üzrə sifarişlərə dair məlumatlar , Məscidlərə edilən ianələr barədə qeydlər (əməliyyat nömrəsi, məbləğ, tarix və s.).
- 2.4. Ödəniş məlumatları: Tətbiq ödəniş kartı məlumatlarını toplamır və saxlamır. Bütün ödənişlər yalnız vasitəçi şirkətlər tərəfindən sertifikatlaşdırılmış və PCI DSS standartlarına cavab verən təhlükəsiz ödəniş infrastrukturunda emal olunur. Kart məlumatları Tətbiqə ötürülmür və "Metanoia" MMC tərəfindən emal edilmir.
3. Məlumatların Emalı Məqsədləri
Toplanmış məlumatlar aşağıdakı məqsədlərlə emal edilir:
- Tətbiq funksionallığının təmin edilməsi və xidmətlərin icrası.
- Halal məhsulların sifarişi və sifarişin satıcı və ya çatdırılma xidməti ilə koordinasiyası.
- Çatdırılma prosesinin təşkili (Yango Delivery və ya satıcı tərəfindən birbaşa çatdırılma).
- İanə əməliyyatlarının Leobank vasitəsilə həyata keçirilməsi.
- Cümə xütbəsi və namazı ilə bağlı xatırlatma bildirişlərinin göndərilməsi.
- Texniki dəstəyin təmin edilməsi.
- Tətbiqin təhlükəsizliyinin təmin edilməsi.
- Qanuni öhdəliklərin yerinə yetirilməsi.
4. Məlumatların Üçüncü Tərəflərə Ötürülməsi
Şəxsi məlumatlar yalnız aşağıdakı hallarda üçüncü tərəflərə ötürülə bilə:
- 4.1. Ödəniş xidmətləri provayderlərinə: Tətbiqdə ödənişlər Leobank (ianələr üçün) və Epoint — Global Innovations MMC (məhsul alış-verişi üçün) kimi PCI DSS standartlarına uyğun fəaliyyət göstərən təminatçıların təhlükəsiz infrastrukturu üzərindən həyata keçirilir.Kart məlumatları yalnız bu provayderlərin sistemində emal edilir və "Metanoia" MMC tərəfindən görülmür, saxlanmır və ya emal edilmi.
- 4.2. Hüquq-mühafizə və dövlət qurumlarına: Məlumatların təqdim edilməsi yalnız qanunla tələb olunduqda, o cümlədən məhkəmə və istintaq orqanlarının hüquqi əsaslı sorğuları əsasında həyata keçirilə bilər.
- 4.3. Texniki xidmət provayderlərinə: Tətbiqin düzgün fəaliyyətini təmin etmək məqsədilə müəyyən texniki xidmət tərəfdaşlarına yalnız funksional icra üçün zəruri minimal məlumatlar ötürülə bilər.
Vacib Qeyd: "Metanoia" MMC heç bir halda istifadəçi məlumatlarını kommersiya məqsədləri ilə üçüncü şəxslərə satmır və ya icarəyə vermir.
5. Məlumatların Saxlanması Müddəti
- Şəxsi məlumatlar yalnız toplanma məqsədlərinin icrası üçün tələb olunan müddət ərzində saxlanılır.
- İstifadəçi məlumatları istifadəçi hesabı aktiv olduğu müddət ərzində saxlanılır. Hesab aktiv olduğu müddətcə toplanmış bütün şəxsi məlumatlar, o cümlədən identifikasiya məlumatları, texniki məlumatlar, əməliyyat qeydləri və digər əlaqəli məlumatlar Tətbiqin funksionallığını təmin etmək məqsədilə saxlanılır.
- İstifadəçi öz hesabını sildiyi halda, həmin istifadəçiyə aid bütün şəxsi məlumatlar, identifikasiya məlumatları, əməliyyat tarixçəsi, ianə qeydləri, sifariş məlumatları və digər əlaqəli bütün verilənlər tamamilə və geri qaytarılmayacaq şəkildə sistemdən silinir.
- Bu müddət bitdikdən sonra məlumatlar təhlükəsiz şəkildə silinir və ya depersonalizasiya olunur.
- Ödəniş kartı məlumatlarına dair bütün məlumatlar vasitəçi ödəniş xidməti şirkəti tərəfindən saxlanılır və bu məlumatların təhlükəsizliyi həmin maliyyə təşkilatının məsuliyyətinə daxildir.
6. Təhlükəsizlik Tədbirləri
"Metanoia" MMC istifadəçi məlumatlarının qorunması üçün aşağıdakı tədbirləri həyata keçirir:
- SSL/TLS şifrələmə texnologiyasının tətbiqi.
- Server infrastrukturunun təhlükəsizlik sertifikatları ilə təmin olunması.
- Şifrə və digər həssas məlumatların kriptoqrafik qorunması.
- Girişə nəzarət və identifikasiya mexanizmləri.
- Daxili məlumat təhlükəsizliyi prosedurlarının tətbiqi.
Heç bir texnoloji sistemin tam müdafiəli olması mümkün olmadığından, istifadəçi öz hesab məlumatlarını qorumağa məsuliyyətlidir.
7. Bildirişlər və İcazələr
Tətbiq aşağıdakı məqsədlərlə bildiriş göndərir:
- Cümə xütbəsi və namazı ilə bağlı xatırlatmalar.
- Sifariş və ianə əməliyyatlarına dair məlumatlandırmalar.
- Məscidlərin elan, bildirişləri ilə bağlı məlumatlandırmalar.
- Mağazada olan endirim, kampaniya və güzəştlər haqqında məlumatlandırmalar.
- Bayram təbrikləri, islami bilgiləndirmə və s. bu anlıq mesajlar.
İstifadəçi istənilən vaxt cihaz ayarlarından bildiriş icazələrini dəyişə bilər.
8. Uşaqların Məxfiliyi
- Tətbiq hər yaş kateqoriyasından olan istifadəçilər üçün nəzərdə tutulur və uşaqlar üçün təhlükəli və ya yaş məhdudiyyətli məzmun təqdim etmir.
- Uşaqların valideyn nəzarəti olmadan alış-veriş etməsi hallarında məsuliyyət valideynə və ya qanuni nümayəndəyə aiddir.
- Tətbiq bilərəkdən uşaqlardan əlavə həssas məlumatlar toplamır və ödəniş kartı məlumatları yalnız valideyn və ya qanuni nümayəndənin bank sistemi vasitəsilə təqdim etdiyi ödəniş infrastrukturu ilə emal olunur.
9. İstifadəçi Hüquqları
İstifadəçilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:
- Şəxsi məlumatlara çıxış hüququ.
- Məlumatların düzəldilməsi hüququ.
- Məlumatların silinməsi hüququ.
- Məlumatların emalının məhdudlaşdırılması hüququ.
- Verilmiş razılığın geri götürülməsi hüququ.
Bu hüquqlardan istifadə etmək üçün istifadəçi dəstək xidməti ilə əlaqə saxlaya bilər.
10. Üçüncü Tərəf Resursları
Tətbiqdən üçüncü tərəf saytlarına keçidlər təqdim edilə bilər. Bu resursların məxfilik siyasətlərinə "Metanoia" MMC cavabdeh deyil və istifadəçi həmin saytların siyasətlərini müstəqil şəkildə nəzərdən keçirməlidir.
11. Məxfilik Siyasətinə Dəyişikliklər
"Metanoia" MMC bu Siyasətə istənilən vaxt dəyişiklik etmək hüququna malikdir. Dəyişikliklər Tətbiqdə və/və ya rəsmi kanallarda elan olunduqdan sonra qüvvəyə minir.
12. Əlaqə Məlumatları
Məxfilik siyasətimiz haqqında hər hansı bir sualınız və ya narahatlığınız varsa, lütfən "Metanoia" MMC ilə əlaqə saxlayın:
E-poçt: info@jumma.az
Telefon: +994 50 597 80 32
Bu Siyasət Tətbiqdən istifadə edən bütün şəxslərə şamil edilir və Tətbiqdən istifadə etmək Siyasətin tam şəkildə qəbul edilməsi deməkdir.
🔒 Privacy Policy
This Privacy Policy governs the collection, processing, protection and use of personal data related to the Jumma mobile application (hereinafter — the "App") operated by "Metanoia" LLC. By using the App, you are deemed to have accepted the terms of this Policy.
1. General Provisions
- This Policy has been prepared in accordance with the relevant legislation of the Republic of Azerbaijan, in particular the Law of the Republic of Azerbaijan "On Personal Data", the Law "On Electronic Commerce", as well as the applicable rules of the App Store and Google Play Store.
- "Metanoia" LLC considers ensuring data security as a top priority and implements all necessary technical and organizational measures to prevent unlawful processing of personal data.
2. Categories of Collected Data
The following data is collected when using the App:
- 2.1. Identification data: First name, last name, Mobile number, E-mail address, Additional information required for registration, Password (stored in fully encrypted format).
- 2.2. Technical and analytical data: IP address, Device model, operating system and version, Session duration and analytical data on usage behavior, Notification permission status.
- 2.3. Transaction data: Information on orders for halal products, Records of donations made to mosques (transaction number, amount, date, etc.).
- 2.4. Payment data: The App does not collect or store payment card data. All payments are processed exclusively through secure payment infrastructure certified by intermediary companies and compliant with PCI DSS standards. Card data is not transmitted to the App and is not processed by "Metanoia" LLC.
3. Purposes of Data Processing
Collected data is processed for the following purposes:
- Ensuring App functionality and performing services.
- Ordering halal products and coordinating the order with the seller or delivery service.
- Organizing the delivery process (Yango Delivery or direct delivery by the seller).
- Processing donation transactions via Leobank.
- Sending reminder notifications regarding Friday sermons and prayers.
- Providing technical support.
- Ensuring the security of the App.
- Fulfilling legal obligations.
4. Transfer of Data to Third Parties
Personal data may be transferred to third parties only in the following cases:
- 4.1. To payment service providers: Payments in the App are carried out through the secure infrastructure of providers operating in compliance with PCI DSS standards, such as Leobank (for donations) and Epoint — Global Innovations LLC (for product purchases). Card data is processed only in the systems of these providers and is not seen, stored or processed by "Metanoia" LLC.
- 4.2. To law enforcement and government authorities: Disclosure of data shall only occur when required by law, including upon legally grounded requests of judicial and investigative authorities.
- 4.3. To technical service providers: In order to ensure the proper functioning of the App, certain minimal data necessary for functional execution may be transferred to specific technical service partners.
Important Notice: In no event does "Metanoia" LLC sell or lease user data to third parties for commercial purposes.
5. Data Retention Period
- Personal data is retained only for the period required to fulfill the purposes of collection.
- User data is retained for as long as the user account remains active. As long as the account is active, all collected personal data, including identification data, technical data, transaction records and other related data, is retained for the purpose of ensuring App functionality.
- In the event that a user deletes their account, all personal data belonging to that user — including identification data, transaction history, donation records, order information and all other related data — is completely and irreversibly deleted from the system.
- After this period expires, data is securely deleted or depersonalized.
- All data relating to payment card information is retained by the intermediary payment service company, and the security of such data falls within the responsibility of that financial institution.
6. Security Measures
"Metanoia" LLC implements the following measures to protect user data:
- Implementation of SSL/TLS encryption technology.
- Securing server infrastructure with security certificates.
- Cryptographic protection of passwords and other sensitive data.
- Access control and authentication mechanisms.
- Implementation of internal data security procedures.
Since no technological system can be completely secure, the user is responsible for protecting their own account information.
7. Notifications and Permissions
The App sends notifications for the following purposes:
- Reminders regarding Friday sermons and prayers.
- Notifications about order and donation transactions.
- Notifications regarding mosque announcements and notices.
- Notifications about discounts, campaigns and promotions available in the store.
- Holiday greetings, Islamic informational messages and similar instant messages.
The user can change notification permissions at any time from the device settings.
8. Children's Privacy
- The App is intended for users of all age categories and does not provide content that is dangerous or age-restricted for children.
- In cases where children make purchases without parental supervision, responsibility lies with the parent or legal guardian.
- The App does not knowingly collect additional sensitive data from children, and payment card data is processed solely through the payment infrastructure provided by the parent or legal guardian's banking system.
9. User Rights
In accordance with the legislation of the Republic of Azerbaijan, users have the following rights:
- Right to access personal data.
- Right to rectification of data.
- Right to erasure of data.
- Right to restriction of data processing.
- Right to withdraw consent.
To exercise these rights, the user may contact the support service.
10. Third Party Resources
The App may provide links to third party websites. "Metanoia" LLC is not responsible for the privacy policies of these resources, and the user should independently review the policies of those sites.
11. Changes to the Privacy Policy
"Metanoia" LLC has the right to make changes to this Policy at any time. Changes enter into force after being announced in the App and/or through official channels.
12. Contact Information
If you have any questions or concerns about our privacy policy, please contact "Metanoia" LLC:
E-mail: info@jumma.az
Phone: +994 50 597 80 32
This Policy applies to all persons using the App, and using the App constitutes full acceptance of the Policy.
Məxfilik Siyasəti | Privacy Policy